Yağış yağacaq - PROQNOZ

12:30 - 22 Fevral 2024 - Xəbər

Fevralın 23-də Azərbaycanda gözlənilən hava pronozu açıqlanıb.

Ucnoqta.az Milli Hidrometerologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında da havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Xəbər xətti