ABŞ Yəməndə husilərin hədəflərinə dörd zərbə endirib

07:02 - 22 Fevral 2024 - DÜNYA

ABŞ Yəməndə husi üsyançı Ənsar Allah hədəflərinə dörd zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilir ki, fevralın 21-də saat 12:00-dan 18:45-dək CENTCOM husilərin yeddi mobil gəmi əleyhinə qanadlı raketinə və bir ballistik raket buraxılış qurğusuna qarşı dörd özünümüdafiə zərbəsi endirilib.

Həmçinin CENTCOM özünümüdafiə məqsədilə pilotsuz uçuş aparatını da vurub. 

Xəbər xətti