Putin prezident seçkilərində iştirakla bağlı qərarını AÇIQLADI

15:13 - 8 Dekabr 2023 - DÜNYA

Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştiraka razılıq verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər.

İştirakçılar bildiriblər ki, "DXR" parlamentinin spikeri Artem Coqa Putinə müvafiq xahişlə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb.

Putinin dövlət başçısı kimi hazırkı səlahiyyətləri gələn il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri martın 17-nə təyin edilib.

Xəbər xətti