Vasif Talıbovun daha bir şirkəti ləğv edilir

11:04 - 8 Dekabr 2023 - Xəbər

“Naxçıvan Sığorta” şirkəti ləğv edilir, onun portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülür.

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, bu barədə sığorta şirkətindən bildirilib. Qeyd edilib ki, sığorta şirkətinin ləğvi ilə əlaqədar onun öhdəlikləri dekabrın 15-dən etibarən “Atəşgah Sığorta” şirkətinə ötürülür.

Məlumata görə, bu barədə bu gün səhər saatlarından müştərilərə sms bildirişləri də göndərilir.

Qeyd edək ki, “Naxçıvan Sığorta” şirkətinin 100% səhmdarı “Naxçıvan Bank”dır.

Globalinfo.az xatırladır ki, “Naxçıvan Bank” Talıbovlara məxsus olub. V.Talıbov vəzifədən çıxdıqdan sonra digər əmlaklarla birlikdə sözügedən bank da ondan alınıb.

Xəbər xətti