HƏMAS-ın iki yüksək rütbəli silahlısı məhv edilib

20:27 - 7 Dekabr 2023 - DÜNYA

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Həmas kəşfiyyat bölməsindən iki yaraqlının məhv edildiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bir neçə gün əvvəl İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın hərbi kəşfiyyat bölməsinin yüksək rütbəli üzvü Əbdül Əziz Rantisi öldürülüb. O,  komanda məntəqəsinə endirilən zərbə nəticəsində HƏMAS-ın "Qarrara" batalyonunun kəşfiyyat bölməsinin üzvü Ayuş Əhməd ilə birlikdə öldürülüb"”, - deyə məlumatda deyilir

Mətbuat xidməti əlavə edib ki, Rantisi 7 oktyabr hücumunun planlaşdırılmasında iştirak edib və anklavda kəşfiyyat məlumatlarının toplanmasına cavabdeh olub.

Xəbər xətti