HƏMAS-ın girovluğunda 138 nəfər saxlanılır

07:20 - 6 Dekabr 2023 - SİYASƏT

İsrail Müdafiə Qüvvələri Fələstinin radikal HƏMAS hərəkatının Qəzza zolağında 138 nəfəri girov saxlamağa davam etdiyini təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti Silahlı Qüvvələrin nümayəndəsi Daniel Həqariyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, oktyabrın 7-dən itkin düşmüş hesab edilən bir nəfər hazırda HƏMAS-ın 138 girovu arasındadır. Bildirilir ki, Qəzzada saxlanılanlar arasında 20 qadın və uşaq var.

Xəbər xətti