Bu ölkədə qızılca epidemiyası elan edildi

01:02 - 6 Dekabr 2023 - Xəbər

Rumıniyada qızılca epidemiyası elan edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Qızılcaya yoluxma hallarının həyəcan verici artımını, eləcə də xəstəxanaların uşaq və yoluxucu xəstəliklər şöbələrində çoxlu sayda yoluxmuş uşaqların olmasını nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi 9-11 yaşlı  uşaqların peyvənd olunmasının mümkünlüyünü təmin etmək o cümlədən peyvənd olunmamış və ya natamam peyvənd olunmuş uşaqların müalicəsi üçün milli qızılca epidemiyası elan edib” , - Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.

Hazırda Rumıniyada 41 əyalətdən 29-da 2 minə yaxın qızılcaya yoluxduğu qeyd edilir.

Xəbər xətti