Nigeriya Silahlı Qüvvələrinin ölkənin şimal-qərbindəki Kaduna əyalətinə pilotsuz təyyarənin hücumu nəticəsində ölənlərin sayı 85-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi Milli Agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda 85 meyit basdırılıb, digər ölən və ya yaralananların] axtarışları hələ də davam edir. Səlahiyyətlilərin məlumatına görə, ən azı 66 nəfər xəsarət alaraq tibb müəssisələrinə aparılıb.