Çilidə 5,8 bal gücündə zəlzələ baş verib

12:45 - 2 Dekabr 2023 - DÜNYA

Çilinin Tarapaka bölgəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların ocağı 106 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti