Ekvador parlamenti prezidentlə bağlı prokurorluğa müraciət edib

08:13 - 1 Dekabr 2023 - DÜNYA

Ekvador parlamenti keçmiş prezident Guillermo Lassonu dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilib və prokurorluğa müraciət edib. 

Ucnoqta.az xəbər verir ki, bu barədə parlamentin sosial şəbəkə hesabında yazılıb.

“116 lehinə səslə Milli Assambleya Gilyermo Lassonun oğurluqlara görə siyasi məsuliyyət daşıdığına qərar verib və bununla əlaqədar olaraq siyasi proseslə bağlı bütün sənədləri prokurorluğa və nəzarət orqanına göndərdi ki, onlar müvafiq araşdırmaya başlaya bilsinlər ”, - bildirilib.

Qanunvericilər hesab edirlər ki, Lasso dövlətə məxsus FLOPEC neft tankeri şirkətində korrupsiya sxemində iştirak edib. Eyni zamanda parlamentarilər etiraf ediblər ki, onlar keçmiş dövlət başçısına dövlət vəzifəsi tutmasını qadağan edə bilməzlər, çünki bu, konstitusiyada nəzərdə tutulmayıb.///tass

Xəbər xətti