İraqda deputatın ailəsinə hücum nəticəsində 10 nəfər həlak olub

01:40 - 1 Dekabr 2023 - DÜNYA

İraqın şərqindəki Diyala əyalətində yerli deputatın qohumlarına hücum nəticəsində azı 10 nəfər ölüb, 14 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” respublikanın hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, hücum Diyala vilayətinin Umraniya kəndi yaxınlığında baş verib. Naməlum şəxslər yol kənarına yerləşdirilmiş iki bomba ilə adı açıqlanmayan yerli deputatın qohumlarına hücum edib, snayper də atəş açıb. Agentlik iddia edir ki, hadisə baş verən ərazidə komendant saatı tətbiq edilib. Təhlükəsizlik qüvvələri hücumun mümkün motivlərini açıqlamayıb.

Eyni zamanda, İraqın Alsumaria telekanalındakı mənbə Ümraniyyədə “snayper silahlarından istifadə edilən terror aktı”nın baş verdiyini bildirib. Onun sözlərinə görə, hücum nəticəsində 3 nəfər ölüb, daha 5 nəfər yaralanıb.

Xəbər xətti