Zaqatalada minik avtomobilləri toqquşub.
Ucnoqta.az xəbər verir ki, Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunun Makov kəndindən keçən hissəsində “VAZ 21015” və “VAZ 2109” markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı “VAZ 21015” markalı avtomobildə olan sərnişin, 1969-cu il təvəllüdlü Mirvari Səfa qızı Abbasova və "VAZ 2109"-un sürücüsü, 1990-cı il təvəllüdlü İdris Əşrəfəddin oğlu Şabanov aldıqları müxtəlif dərəcəli xəsarət alıblar. Onlar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləçdiriliblər.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.