Polkovnik-leytenant yüksək vəzifəyə təyin edildi

11:52 - 26 Sentyabr 2023 - Xəbər

Daxili işlər orqanlarında yeni təyinat olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Ramin Məmmədov Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilib.

Digər əmrlə R.Məmmədov Yasamal RPİ-nin əməliyyat üzrə rəis müavini vəzifəsinə irəli çəkilib.

Xəbər xətti