Ağdamda müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib - FOTO

15:11 - 25 Sentyabr 2023 - ÖLKƏ İÇİ

Ağdam rayonu ərazisində müxtəlif təyinatlı döyüş texnikası, silah və sursat müsadirə edilib 

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Ağdam rayonunun Qızıl Kəngərli kəndində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus tank, piyadanın döyüş maşınları (PDM), hərbi avadanlıqlar, xeyli sayda artilleriya mərmiləri, tank əleyhinə vasitələr, minaatanlar, müxtəlif çaplı silah və sursat müsadirə edilib.
Qeyd edək ki, bölgədə silah, sursat və döyüş texnikasının müsadirəsi davam etdirilir.


Xəbər xətti