Aİ Rusiyaya qarşı 12-ci sanksiyalar paketi üzrə müzakirələrə başlamağı planlaşdırır

16:34 - 18 Sentyabr 2023 - DÜNYA

Avropa İttifaqı (Aİ) Rusiya əleyhinə sanksiyaların 12-ci paketi üzrə müzakirələrə başlamağı planlaşdırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg yazıb. Məlumata görə, oktyabrın birinci yarısında təqdim oluna bilər.

Bu paketin bir hissəsi kimi bir qrup Aİ ölkəsi Rusiyanın nüvə sektoruna qarşı sanksiyaları təşviq etməyi planlaşdırır. Həmçinin, 12-ci sanksiyalar paketinə Rusiya Federasiyasından almazların idxalına qadağa da daxil ola bilər.

Xəbər xətti