Çeçenistan rəhbəri ötən həftəsonu Vladimir Putinlə görüşməyib.
Ucnoqta.az xəbər verir ki, bunu Ruysiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. Peskov bildirib ki, Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin vəziyyəti Rusiya Federasiyası Prezidentinin administrasiyasının işi deyil.
"Bizim bu məsələ ilə bağlı heç bir məlumatımız yoxdur. İstənilən halda, prezident administrasiyası çətin ki, sağlamlıq haqqında arayış verə bilir. Ona görə də bizim burada deməyə sözümüz yoxdur", - Kreml nümayəndəsi qeyd edib.