Bakıda aptekə basqın olub, satıcıya bıçaqla zor tətbiq edilib

18:13 - 9 İyun 2023 - HADİSƏ

Bakıda aptekə basqın edilib.

APA xəbər verir ki, Nizami rayonu, Qara Qarayev prospekti 81 ünvanında yerləşən "Yıldızlar" aptekinə iki nəfər naməlum şəxs üzlərinə tibbi maska taxaraq daxil olub, satıcıya bıçaqla zor tətbiq ediblər.

Onlar aptekin kassasından 173 manat götürək hadisə yerindən qaçıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Xəbər xətti