İraqın şimalında 2 terrorçu zərərsizləşdirilib

15:48 - 9 İyun 2023 - DÜNYA

İraqın şimalında 2 terrorçu zərərsizləşdirilib

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, İraqın şimalındakı Pəncə-Kilit bölgəsində aşkarlanan 2 PKK terrorçusunun zərərsizləşdirilib.

"Mehmetçik İraqın şimalını terrorçulara daraldır. Pəncə-Kilit bölgəsində aşkarlanan 2 PKK terrorçusu Hərbi Hava Qüvvələrimiz tərəfindən zərərsizləşdirilib. Türk Silahlı Qüvvələrimiz son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatları əzmlə davam etdirəcək" - nazirliyin yaydığı məlumatda deyilir.

Xəbər xətti