Sevgilisindən ayrılan oğlan özünü asdı

21:07 - 8 İyun 2023 - HADİSƏ

Gəncədə 21 yaşlı Mahmudov Mir Samir Ağa oğlunun yaşadığı binanın blokunun girişində özünü asmasının təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata əsasən, S. Mahmudov bir qızla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıblar. Naməlum səbəbdən həmin qız Mahmudovdan ayrılıb.

S. Mahmudovun məhz bu ayrılıq səbəbilə özünü öldürməsi ehtimal edilir.

Hazırda faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək. 

Xəbər xətti