Gədəbəydə istirahət mərkəzində meyit tapıldı

09:16 - 8 İyun 2023 - HADİSƏ

Azərbaycanda istirahət mərkəzində adam öldü.

Ucnoqta.az "Qafqazinfo"ya istinadən  xəbər verir ki, Gədəbəydə yerləşən istirahət mərkəzlərindən birində meyit aşkarlanıb.

Hadisə rayonun Slaviyanka kəndində qeydə alınıb.

Bakı şəhər sakini olan 1966-cı il təvəllüdlü Vaqif Məmmədovun kənddə yerləşən istirahət mərkəzlərinin birində meyiti aşkar edilib. İlkin məlumata görə, mərhum ürək çatışmazlığından vəfat edib.

Ölümün səbəbləri araşdırılır.

Xəbər xətti