Makron Putinlə yeni danışıqların mümkünlüyünü istisna etmir

21:23 - 1 İyun 2023 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə yeni telefon danışıqlarının mümkünlüyünü istisna etmir.

Ucnoqta.az xəbər verir ki, o, bu barədə cümə axşamı Moldovada Avropa Siyasi Birliyinin sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

"Bilirsiniz ki, Ukrayna münaqişəsinin əvvəlindən mənim prezident Putinlə bir neçə dəfə danışmaq şansım olub. Əgər belə bir fürsət yaranarsa, mən bunu istisna etmirəm", - Makron jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Fransa hər zaman bütün tərəfdaşları ilə müzakirələrə hazırdır", - o əlavə edib.

Xəbər xətti