Messi PSJ-də sonuncu oyununa çıxır - Baş məşqçisi açıqladı

15:43 - 1 İyun 2023 - İDMAN

Argentinalı hücumçu Lionel Messi mövsümün sonunda Fransanın "Paris Saint-Germain" futbol klubunu tərk edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə cümə axşamı komandanın baş məşqçisi Kristof Qaltye mətbuat konfransında məlumat verib.

"Futbol tarixinin ən yaxşı oyunçusunu çalışdırmaq şərəfinə nail olmuşam. "Klermont"la oyun onun "Park des Princes"də sonuncu oyunu olacaq", - Galtye deyib.

PSJ Fransa çempionatının son turunda iyunun 3-də evdə "Klermon"la qarşılaşacaq. 

Xəbər xətti