Ukrayna mədəni irsin rəqəmsallaşdırılması üçün UNESKO-dan yardım alacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Telegram-kanalında məlumat verilib.
YUNESKO-nun İrs Fövqəladə Hallar Fondu Ukraynanın mədəni irsinin rəqəmsallaşdırılması üçün 1,5 milyon dollar ayıracaq.
Həmçinin qeyd edilir ki, YUNESKO artıq birinci mərhələdə, 2023-cü ilin iyul ayına kimi server infrastrukturunun inkişafı üçün lazımi texniki avadanlıq və proqram təminatının 40%-ni, eləcə də bütün prosesləri müşayiət edəcək beynəlxalq məsləhətçiləri təmin edəcək.