Rusiyanın Almaniyadakı dörd baş konsulluğunun işi dayandırılır

16:01 - 31 May 2023 - DÜNYA

Almaniya Rusiyadan 2024-cü ilə qədər Almaniyadakı dörd baş konsulluğun işini dayandırmağı tələb edib

Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burger məlumat verib. Burger Almaniya hökuməti çərşənbə günü Moskvaya Rusiya Federasiyasındakı alman qurumlarının işçilərinin sayının 350 nəfərə endirilməsi qərarına cavab olaraq Rusiyanın Almaniyadakı beş baş konsulluğundan dördünün işinin dayandırılması zərurətindən danışıb.

“Bu barədə Rusiya Xarici İşlər Nazirliyinə bu gün məlumat verilib və Rusiyadan Almaniyadakı dörd baş konsulluğun bağlanması prosesinə dərhal başlamaq və ən geci 31 dekabr 2023-cü ilə qədər başa çatdırmaq tələb edilib”, - Burger bildirib.

"Struktur dəyişikliklərinə ehtiyac olacaq. Rusiyanın bizim heyətin ixtisarına dair göstərişlərinə əməl etmək üçün Almaniya hökuməti Kalininqrad, Yekaterinburq və Novosibirskdəki Almaniya konsulluqlarını bağlamaq qərarına gəlib", - Burger əlavə edib.

Xəbər xətti