Bərdədə 9 otaqlı ev yanıb

21:56 - 23 May 2023 - HADİSƏ

Bərdə şəhərində ümumi sahəsi 320 m² (hər mərtəbəsi 160 m²) olan ikimərtəbəli 9 otaqlı ev yanıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, evin mətbəxinin döşəməsi 7 m² sahədə, mebel 2 p.m və 1 ədəd soyuducu qismən yanıb.

"Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə qeyd olunub.

Xəbər xətti