“Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi bu gün də davam etdirilir”.
Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.
Onun sözlərinə görə, hələ bu istiqamətdə konkret bir nəticə yoxdur:
“Onunla yanaşı digər siyasi xadimlərin də qalıqları var idi. Həmin qalıqların da kimə aid olduğu müəyyənləşdirilməyib”.