Mikayıl Müşfiqə aid edilən qalıqların müayinəsi davam etdirilir

10:26 - 23 May 2023 - Cəmiyyət

“Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqların müayinəsi bu gün də davam etdirilir”.

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, hələ bu istiqamətdə konkret bir nəticə yoxdur:

“Onunla yanaşı digər siyasi xadimlərin də qalıqları var idi. Həmin qalıqların da kimə aid olduğu müəyyənləşdirilməyib”.

Xəbər xətti