Bakıda avtomobildən 10 min manat pul oğurlanıb

11:10 - 21 Mart 2023 - HADİSƏ

Bakıda avtomobildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində bir avtomobildən 10 000 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Ələsgərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti