Aİ Türkiyəyə 1 milyard avro kredit ayırır

18:05 - 20 Mart 2023 - DÜNYA

Avropa Komissiyası zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Türkiyəyə 1 milyard avro, Suriyaya humanitar yardım üçün isə 108 milyon avro kredit ayırıb.

Ucnoqta.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bəyan edib.

"Avropa Komissiyasının Türkiyəyə dəstək üçün 1 milyard avro kredit ayıracağını elan etməkdən məmnunam. Biz həmçinin humanitar yardım və Suriyanın ilkin yenidən qurulması üçün 108 milyon avro ayıracağıq” - Aİ rəhbəri deyib.

Xəbər xətti