Qəbələ və Göygöldə qanunsuz kömür quyuları aşkarlanıb

09:35 - 18 Mart 2023 - ÖLKƏ İÇİ

Dövlət Xidmətinin əməkdaşlarının qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Qəbələ və Göygöl rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 5 kömür quyusu aşkar edilib.

Bu barədə Ucnoqta.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonunun Nic kənd sakini Vitali Dallari, Göygöl rayonunun Toğanalı kənd sakinləri Saləddin Həsənov, Akif Məhərrəmov, Azər Qurbanov və Ülfət Həsənov olduğu müəyyən edilib və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Həmin kömür quyuları ləğv olunub.

Xəbər xətti