Fevralın 9-da İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 134 min nəfər əhalisi olan Cayapura şəhərindən 3 km cənub-qərbdə 10 km dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.