İran ölkənin ilk yeraltı hava qüvvələri bazasını açıb

19:47 - 7 Fevral 2023 - DÜNYA

İran İslam Respublikası ölkənin ilk yeraltı Hərbi Hava Qüvvələri (Hava Qüvvələri) bazasını açıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.

Bildirilir ki, fəaliyyətə başlayan “Oqab-44” (“Qartal-44”) adlanan baza bütün növ qırıcı və bombardmançı təyyarələri, habelə pilotsuz uçuş aparatlarını (PUA) yerləşdirmək və onlara xidmət göstərmək qabiliyyətinə malikdir.  Bazanın öz komanda məntəqəsi, anqarları, yanacaq anbarları və təyyarələrə texniki xidmət avadanlığı var.

Ruhəngiz

Xəbər xətti