Kahramanmaraşda 941 bina çöküb - Süleyman Soylu

19:20 - 7 Fevral 2023 - DÜNYA

Fevralın 6-na keçən gecə baş verən dağıdıcı zəlzələlərin episentri olan Türkiyənin Kahramanmaraş vilayətində ən azı 941 bina tamamilə dağılıb.

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

"Məlumatlara görə, Qəhrəmanmaraşda 941 bina tamamilə dağılıb. Amma bizim hesablamalarımıza görə, daha çox ola bilər. Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar dağıntıların olduğu bir sıra ərazilərə giriş çətinləşir. Amma xilasedicilərimiz hər şeyi edirlər. İnsanları xilas etmək lazımdır. Zaman bizim əleyhimizə işləyir " - nazir deyib. 

Nazir bildirib ki, axtarış-xilasetmə əməliyyatları davam edir.

Xəbər xətti