8 mindən çox insan dağıntılar altından xilas edilib - Ərdoğan

16:20 - 7 Fevral 2023 - DÜNYA

Prezident Rəcəb Tayyib Ərdoğan böhran mərkəzində zəlzələ ilə bağlı son məlumatları çatdırıb.

Ucnoqta.az xəbər verir ki, Türkiyə dövlət başçısı indiyə qədər 3549 nəfərin həlak olduğunu bildirib: 

"Təəssüf ki, ölən və yaralananların sayı artır. Hazırda bizdə 3549 ölüm və 22168 yaralı var. Ən böyük təsəllimiz odur ki, indiyədək 8 mindən çox vətəndaşımız dağıntılar altından xilas edilib.

Fəlakət qurbanlarına çatdırılmaq üçün bölgəyə 54 min çadır, 102 min çarpayı və digər materiallar göndərilib" - Ərdoğan qeyd edib

Xəbər xətti