Ucnoqta.az
www.ucnoqta.az

8 mindən çox insan dağıntılar altından xilas edilib - <font color=red><b>Ərdoğan</b></font>

16:20 - 7 Fevral 2023 tarixində dərc olunub.

Prezident Rəcəb Tayyib Ərdoğan böhran mərkəzində zəlzələ ilə bağlı son məlumatları çatdırıb.

Ucnoqta.az xəbər verir ki, Türkiyə dövlət başçısı indiyə qədər 3549 nəfərin həlak olduğunu bildirib: 

"Təəssüf ki, ölən və yaralananların sayı artır. Hazırda bizdə 3549 ölüm və 22168 yaralı var. Ən böyük təsəllimiz odur ki, indiyədək 8 mindən çox vətəndaşımız dağıntılar altından xilas edilib.

Fəlakət qurbanlarına çatdırılmaq üçün bölgəyə 54 min çadır, 102 min çarpayı və digər materiallar göndərilib" - Ərdoğan qeyd edib

Müəllif: