“Space”ə yeni direktor TƏYİN OLUNDU

12:30 - 7 Fevral 2023 - Xəbər

“Space” Televiziyasında rəhbər dəyişikliyi olub.

Ucnoqta.az xəbər verir ki, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov başqa işə keçməsi ilə əlaqədar baş direktor vəzifəsindən azad olunub.

Onun əvəzinə “Parni iz Baku” KVN komandasının aktyoru, ATV və "Lider" telekanallarında müxtəlif vəzifələrdə çalışan Vado Korovin təyin olunub.

Xəbər xətti