Şəmkirdə iki nəfəri bıçaqlayan şəxs tutuldu

18:06 - 6 Fevral 2023 - Cəmiyyət

Şəmkirdə dünən iki nəfəri bıçaqlayan şəxs tutulub.

Bu barədə Ucnoqta.az-a DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini Məmməd Məmmədlinin və İntiqam Nərimanlının bıçaqla müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış axtarış tədbirləri nəticəsində vətəndaşlara xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini Novruz Əmiraslanov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, dünən rayonun Dəllərcəyir kənd sakinləri - 1996-cı il təvəllüdlü Nərimanlı İntiqam Fəxri oğlu və 1993-cü il təvəllüdlü Məmmədli Məmməd Yunis oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə tibbi yarım göstərilib. Məmməd Məmmədlinin vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hər iki şəxs toyda bıçaqlanıb. Hadisə vaxtı onlar sərxoş olublar.

 

Xəbər xətti