Ermənistanda 15 hərbçinin ölümü ilə bağlı daha bir zabit saxlanılıb

11:03 - 31 Yanvar 2023 - Xəbər

Ermənistanda 15 hərbçinin ölümü ilə bağlı daha bir zabit saxlanılıb

Ucnoqta.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, zabit yanvarın 31-də saxlanılıb. Hərbi hissənin yanğından mühafizə və xilasetmə xidmətinin rəisi, mayor M.S. barəsində Ermənistan Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi (vəzifə səhlənkarlığı, ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma və ya ölümünə səbəb olduqda) ilə cinayət işi başlanıb.

Xatırladaq ki, 2023-cü il yanvarın 25-də arxa cəbhənin rəisi - komandirin arxa və kommunal xidmət üzrə müavini G.A. Ermənistan Cinayət Məcəlləsinin 550-ci maddəsinin 3-cü hissəsi ilə də cinayət işi başlanıb, o da saxlanılıb.

Xəbər xətti