İstanbul qaz sammiti keçiriləcək

12:09 - 30 Yanvar 2023 - İQTİSADİYYAT

Türkiyə fevralın 14-15-də İstanbul Qaz Sammitini keçirəcək. 

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz İstanbulda “Türkiyənin enerji əsri” forumunda çıxışı zamanı deyib. 

"Türkiyə tezliklə qaz ticarəti üçün böyük supermarketə çevriləcək. Bununla əlaqədar fevralın 14-15-də İstanbul Qaz Sammiti keçirəcəyik. Orada biz Yaxın Şərqdən, Mərkəzi Asiya və Avropadan istehlakçılar, Xəzəryanı ölkələri bir araya gətirəcəyik”, - deyə o bildirib.

Emin

Xəbər xətti