Türkmənistan prezidenti özünü ordu generalı elan etdi

16:57 - 27 Yanvar 2023 - DÜNYA

Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov özünü ordu generalı elan edib. 

Bu barədə "Qızıl əsr" dövlət agentliyi məlumat yayıb.

"Konstitusiyanın 81-ci maddəsinə uyğun olaraq, Türkmənistanın Məclisi qərara alır: Türkmənistan Prezidentinə, Silahlı Qüvvələrin Ali Baş Komandanına ordu generalı hərbi rütbəsi verilsin", - respublika parlamentinin aşağı palatasının bəyanatında deyilir.

Qərarı Berdiməhəmmədov özü imzalayıb.///unikal

Xəbər xətti