Gəncədə qadın “İmamzadə kompleksi”ndə intihara cəhd edib.
“Qafqazinfo”nun məlumatına görə, 1967-ci il təvəllüdlü şəhər sakini M.Paşayeva dini abidə kimi tanınan kompleksə gəlib. Həmin ərazidə 3 litr sirkə içərək özünü öldürmək istəyib.
Ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində qadın xəstəxanaya çatdırılıb. Vəziyyəti ağırdır. Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.
Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.