Azərbaycan və İran XİN rəhbərləri Daşkənddə görüşüb

21:09 - 24 Yanvar 2023 - SİYASƏT

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın paytaxtı Daşkənd şəhərində iranlı həmkarı Hüseyn Əmir-Abdullahianla görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov tviterdə məlumat yayıb.

Görüşdə regional və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edildiyi qeyd olunub.

Xəbər xətti