Ötən ilin ən təhlükəsiz avtomobillərinin reytinqi açıqlanıb

22:00 - 12 Yanvar 2023 - AVTO

Euro NCAP təşkilatı ən təhlükəsiz avtomobillərin yekun reytinqini tərtib edib.

Ucnoqta.az xəbər verir ki, siyahıya bir Hyundai elektromobili, iki Tesla modeli və bu yaxınlarda Avropa bazarına çıxan iki Çin avtomobili - ORA Funky Cat hetçbeki və WEY Coffee 01 krossoveri daxildir.

İlk dəfə olaraq iki Tesla və Çindən iki avtomobil Avropanın ən təhlükəsiz avtomobillərinin yekun reytinqinə daxil olub. Müxtəlif nominasiyalar üzrə qaliblər sərnişinlərin, uşaqların, piyadaların mühafizəsi, eləcə də elektron köməkçilərin işinə görə toplanan balların sayına görə seçilib.

Belə ki, Euro NCAP testlərinin nəticələrinə görə, "Hyundai Ioniq 6" "Böyük ailə avtomobili" kateqoriyasında ən çox xal toplayıb.
Elektrik avtomobildə sərnişinlərin mühafizəsi 97 faizlə qiymətləndirilib. O, həm də uşaq sərnişinləri qorumaq üçün “yaxşı” qiymət alıb.

"Kiçik ailə avtomobili" sinfində Avropa bazarına yeni gələn - Çin hetçbeki "ORA Funky Cat" olub. Reytinqdə ikinci “çinli” Lexus RX-dən daha yaxşı olduğunu sübut edən "WEY Coffee 01" oldu.

Lakin Executive Car və Electric Car kateqoriyalarında "Tesla Model S" qələbə qazandı. Liftback böyük sərnişinlərin qorunması və köməkçi sistemlərin işləməsi üçün yüksək bal toplayıb.

"Tesla Model Y" eyni nəticəni əldə etdi, lakin artıq “Kiçik krossoverlər” seqmentində. Hər iki modeldə elektronikanın işi 98 faizlə qiymətləndirilib.

Emin

Xəbər xətti