Bu əmlaklar vergilərdən azad olunacaq     
                    
                     
                    
                        
                                         
             
            12:22  -  9 Dekabr   2022 -  ÖLKƏ İÇİ
                    
                    
                                                                  
                                                  
                            
                            Dövlətə məxsus əmlaklar özəlləşdirilən zaman bəzi vergilərdən azad olunacaq.
Ucnoqta.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, dövlət əmlakının özəlləşdirilməsi üzrə dövlət proqramlarına uyğun olaraq 2023-cü il yanvarın 1-dən sonra özəlləşdirilməsi barədə qərar qəbul edilən dövlətə məxsus əmlaklar özəlləşdirmə prosesi müddətində, lakin 3 ildən çox olmayaraq, əmlak və torpaq vergisindən azad olunacaq.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.