DİN işçi axtarır: Bu rayon qeydiyyatında olan qadınlar ...

21:59 - 7 Dekabr 2022 - Xəbər

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Qeydiyyat-imtahan idarəsi (Salyan “ASAN Xidmət” mərkəzi üzrə) vakansiya elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Belə ki, Salyan rayonunda daimi qeydiyyatda olan və yaşayan Azərbaycan Resbublikasının qadın cinsli vətəndaşlar iştirak edə bilərlər.
Vakansiyanın şərtləri:
Yaş: 20-30
Boy: 160-dan yuxarı olan
Təhsili: Ali və ya orta-ixtisas

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2022-ci il dekabr ayının 10-dan 30-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri Xırdalan-Binəqədi şosesi 4 ünvanında yerləşən Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər.

- Şəxsiyyət vəsiqəsi
- Təhsil haqqinda sənəd
- Əmək kitabçası (olduqda)
Telefon: (012) 590-81-39

Xəbər xətti