Gədəbəydə əri tərəfindən balta ilə öldürülən qadının qətlinin TƏFƏRRÜATI

19:06 - 6 Dekabr 2022 - Cəmiyyət

Gədəbəy rayonunda 32 yaşlı qadının qətlinin təfərrüatı məlum olub.

Ucnoqta.az-ın “Report”a istinadən məlumatına görə, rayonun Şəkərbəy kəndində 1990-cı il təvəllüdlü Könül Eyvaz qızı Abdullayeva boyun nayihəsindən balta ilə aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.

Onun ölümünə səbəb olmaqda şübhəli bilinən isə həyat yoldaşı - 1990-cı il təvəllüdlü Elməddin Mayor oğlu Abdullayevdir. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Kənd sakinlərinin verdiyi məlumata görə, hadisə ailənin yaşadığı evdə qeydə alınıb. Ailə kənddə sakit bir ailə kimi tanınır. Onlar kənd ərazisində heyvandarlıq və əkinlə məşğul olublar.

Ailənin üç övladı var.

Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub və faktla bağlı araşdırma davam etdirilir.

Xəbər xətti