İsa Həbibbəylinin oğlunun obyekti bağlandı

Naxçıvan Muxtar Respublikasının keçmiş Gömrük Komitəsinin keçmiş rəhbəri Səhət Həbibbəyliyə məxsus “Danyeri” super marketinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Buna səbəb kimi isə vergidənyayınma göstərilib.

Qeyd edək ki, DTX-nin Naxçıvan Gömrük Komitəsində apardığı antikorrupsiya əməliyyat zamanı 132 milyonluq yeyinti aşkarlandığı üçün qurum ləğv edilib və onun əsasında mərkəzə tabe olan Baş İdarə yaradılıb.

Səhət Həbibbəyli isə avtomatik olaraq vəzifəsini itirib. Naxçıvan Gömrük Baş İdarəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Vüqar İsmayıl oğlu Əliyevə tapşırılıb. V.Əliyev Bakıdan göndərilib.
Səhət Həbibbəyli AMEA prezidenti İsa Həbibbəylinin oğludur.///Axar.az

Tarix
4 Dekabr 2022 [09:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-12-04 09:06:53
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin