Ukrayna Almaniya ilə "Patriot"ların təhvil verilməsi ilə bağlı danışıqlara başlayıb

19:50 - 2 Dekabr 2022 - DÜNYA

Ukrayna Almaniya ilə Patriot hava hücumundan müdafiə sistemlərinin təhvil verilməsi ilə bağlı danışıqlara başlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba deyib:

"Biz Almaniya ilə bu məsələ ilə bağlı danışıqlara başlamışıq. Biz ABŞ-la bu məsələləri qaldırmışıq, çünki onlar Patriot texnologiyasına sahibdirlər. Mən də NATO və ATƏT-in nazirlərinin görüşlərindən istifadə edərək, Ukraynaya Patriot tədarükü ilə bağlı müsbət qərar qəbul etməyimizə kömək edə biləcək hər kəslə danışıram” – Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba bildirib.

O, ayrı-ayrı alman siyasətçilərinin “Patriot”un Ukraynaya göndərilməsi ilə bağlı narahatlığına da münasibət bildirib.

Xəbər xətti