Əfqanıstanda məsciddə partlayış olub, ölənlər var

17:05 - 2 Dekabr 2022 - DÜNYA

Əfqanıstanda məsciddə partlayış baş verib.

Ucnoqta.az xəbər verir ki, partlayış paytaxt Kabildə keçmiş Baş nazir Gülbəddin Hikmətyarın rəhbərlik etdiyi “Əfqanıstan İslam partiyası”nın ofisində yerləşən məsciddə olub. Hadisə nəticəsində 5 nəfər ölüb. 

Ölənlər “İslam partiyası”nın iki mühafizəçisi və partlayışı törədən üç nəfərdir.

Pünhan

Xəbər xətti