Soyuq havada telefonunuz sönür? - BUNLARI ETMƏYİN

Havaların soyuq olması telefonun enerjisinə təsir edir.

Ucnoqta.az-ın Lent.az-a istinadən məlumatına görə, soyuq havalarda telefonların şarjı tez bitir. Hətta uyğun olmayan vaxtda sönürlər.

Bəs, bununla bağlı nə edə bilərik?

Soyuq havada smartfonunuzu çantada daşımayın. Onları paltarınızın ciblərində saxlamaq daha yaxşıdır. Bu zaman bədən temperaturunuz onu isidəcək.

Soyuqda telefonla uzun müddət danışmamağa çalışın. Zəngi bitirdikdən sonra onu dərhal cibinizə qoyun.

Evdən çıxmazdan əvvəl mütləq smartfonun enerjisini tam doldurun. Şaxtalı havadan evə gələndə isə onu dərhal şarja qoymayın. Bir müddət gözləyin ki, telefon otaq temperaturuna qədər isinsin.

Tarix
30 Noyabr 2022 [18:23]
Müəllif
Üç nöqtə
2022-11-30 18:23:00
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin